De Rossi “Feyenoord”la matç haqda: “Ağır oyun gözləyirəm”

“Roma”nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasının 1/16 finalında “Feyenoord”la keçiriləcək oyundan gözləntiləri haqda danışıb.

Arena.az “Roma”nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Son bir neçə həftə ərzində mən onları çox öyrənmişəm. Keçən il Avropa Liqasında onları “Olimpiko”da görəndə heyran olmuşdum. Onlar yaxşı futbol oynayırlar və bir neçə yaxşı oyunçuları var. Yaxşı oyun olacağını düşünürəm, ağır oyun gözləyirəm.

Əminəm ki, orada alovlu bir ab-hava olacaq. Oyunçular meydana öz düşüncələri ilə çıxırlar və diqqətimizi buna yönəltməliyik”, deyə De Rossi vurğulayıb.

Komandalar arasında ilk oyun fevralın 15-də Bakı vaxtı ilə 21:45-də “De Köyp” stadionunda baş tutacaq.

Xatırladaq ki, “Roma” “Slaviya”, “Servett” və “Şerif”lə “G” qrupunda 13 xalla 2-ci yerdən ələmə mərhələsinə vəsiqə qazanıb. “Feyenoord” isə Çempionlar Liqasının “E” qrupunda Madrid “Atletiko”su, “Latsio” və “Seltik”lə mübarizədə qrupda 3-cü yeri tutaraq Avropa Liqasına düşüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: