Daniel Alvesin sirrini məhbus yoldaşları açdılar

Braziliya millisinin keçmiş futbolçusu Daniel Alvesin məhbus yoldaşlarına açdığı sirri faş olaraq ictimaiyyətə yayılıb.

Arena.az “Tarde AR” nəşrinə istinadən məlumat verir ki, o, müvəqqəti olaraq zaminə buraxılacağı təqdirdə Braziliyaya qaçmağı planlaşdırdığını məhbus yoldaşlarına bildirib.

Xatırladaq ki, Daniel Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülüb. Daha sonra Alves bir neçə dəfə müvəqqəti zaminə buraxılmamışdı.

Daniel Alvesin məhkəməsi 2024-cü il fevralın 5-7-də keçirilib. Hakimlər keçmiş futbolçunun 9 il, zərərçəkmişin hüquqlarını müdafiə edən vəkillər isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirlər. Vəkillər həmçinin Alvesin zərərçəkmişə 150 min avro məbləği təzminat olaraq ödəməsini istəyirlər.

Vurğulayaq ki, İspaniyanın 2023-cü ildə tətbiq edilən cinsi razılıq qanununa əsasən, cinsi zorakılıq ittihamları internetdə zorakılıqdan zorlamaya qədər müxtəlif cinayətləri əhatə edir və hər biri fərqli mümkün cəzaları nəzərdə tutur. Zorlamaya görə cəzanın mütləq müddəti 15 ildir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: