Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Malyorka” – “Real Sosyedad” matçı qonaqların qələbəsiylə yekunlaşıb.
“Betis” – “Alaves” görüşündə qapılara qol vurulmayıb. “Qranada” – “Almeriya” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Səfərdə “Rayo Valyekano” ilə qarşılaşan lider “Real” da turu xal itkisi ilə başa vurub.
25-ci tura sabah keçiriləcək “Atletik” – “Jirona” oyunu ilə yekun vurulacaq.
İspaniya, La Liqa
25-ci tur
16 fevral
Vilyarreal – Xetafe 1:1
Qollar: Moreno, 56 – Maksimoviç, 24.
17 fevral
Atletiko – Las Palmas 5:0
Qollar: Lyorente, 15; 20. Korrea, 47; 62. Depay, 87.
Osasuna – Kadis 2:0
Qollar: Budimir, 63; 90+1.
Selta – Barselona 1:2
Qollar: Aspas, 47 – Levandovski, 45; 90+7-pen.
Valensiya – Sevilya 0:0
18 fevral
Rayo Valyekano – Real 1:1
Qollar: De Tomas, 27-pen – Xoselu, 3.
Qranada – Almeriya 1:1
Qollar: Uzuni, 75 – Pubill, 9.
Malyorka – Real Sosyedad 1:2
Qollar: Sançes, 4 – Kubo, 38. Merino, 90+3.
Betis – Alaves 0:0
19 fevral
00:00. Atletik – Jirona


