Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya çempionatının 22-ci turu çərçivəsində “Farense” ilə qarşılaşıb.
Braqanın eyniadlı təmsilçisi bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Meydan sahiblərinin qollarını 62-ci dəqiqədə Simon Banza, 85-ci dəqiqədə Şer Ndur vurublar. Qonaqların heyətində isə Məhəmməd Bellumi 74-cü dəqiqədə fərqlənib.
Bu qələbədən sonra braqalılar 43 xalla 4-cü pillədə qərarlaşıblar. Bu komanda növbəti matçını fevralın 22-də səfərdə məhz Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcək.
Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada baş tutub və Azərbaycan çempionunun 4:2 hesablı səfər qələbəsiylə yekunlaşıb. Bu komandaların cavab oyunu bu həftə Bakıda təşkil ediləcək.


