“Milan” “İnter”ə yeni stadion üçün müştərək layihə təklif etdi

İtaliyanın “Milan” klubu həmşəhərlisi “İnter”ə San-Donato ərazisində yeni stadionun inşası üçün müştərək layihə təklif edib.

Arena.az bu barədə “Calcio Finanza” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, son həftələrdə “Milan”ın sahibi Cerri Kardinale ilə “İnter”in sahibi Stiven Çjan arasında müvafiq xüsusda ünsiyyət yaranıb.

“Rossoneri” rəhbərliyi San-Donato bölgəsində bir stadion layihəsi üzərində müştərək işləmək fikrini təklif edib. Bununla belə, “İnter”in bu layihə ilə ciddi maraqlanmadığı vurğulanır. Çünki bu ərazidəki mümkün fəsadlar, həmçinin “neradzurri”nin Rozzano bölgəgəsində öz stadionu layihəsinin “sürətli inkişafı” amilləri “İnter” rəhbərliyinin diqqətindədir.

Xatırladaq ki, “Milan” və “İnter” ev oyunlarını Milanın San-Siro bölgəsindəki “Cüzeppe Meatsa” stadionunda keçirirlər. Əfsanəvi stadion 1947-ci ildən İtaliyanın hər iki nəhənginin şanlı futbol tarixinə şahidlik edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: