Braziliya millisinin keçmiş futbolçusu Daniel Alves saxlandığı həbsxanada son dərəcə düşkün duyğusal vəziyyətdədir.
Arena.az “RMC Sport” nəşrinə istinadən məlumat verir ki, braziliyalı ulduzun saxlandığı həbsxanada “intihar əleyhinə mübarizə tədbiri” qüvvəyə minib.
Mənbənin məlumatına görə, məhkəmə prosesi davam etdikcə braziliyalı depressiyaya düşüb. Daniel Alves özü məhbus yoldaşlarına depressiyaya yuvarlandığını və ruhdan düşdüyünü bildirib.
Xatırladaq ki, Alvesin ittiham edildiyi zorlama işi üzrə məhkəmə iclası 2024-cü il fevralın 5-7-də baş tutub. Hakimlər keçmiş futbolçunun 9 il, zərərçəkmişin hüquqlarını müdafiə edən vəkillər isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirlər. Vəkillər həmçinin Alvesin zərərçəkmişə 150 min avro məbləği təzminat olaraq ödəməsini istəyirlər.
Vurğulayaq ki, İspaniyanın 2023-cü ildə tətbiq edilən cinsi razılıq qanununa əsasən, cinsi zorakılıq ittihamları internetdə zorakılıqdan zorlamaya qədər müxtəlif cinayətləri əhatə edir və hər biri fərqli mümkün cəzaları nəzərdə tutur. Zorlamaya görə cəzanın mütləq müddəti 15 ildir.


