A Seriyası: “Bolonya”dan “Verona” üzərində inamlı qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Bolonya” doğma meydanda “Verona” ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda 2 cavabsız qolla qalib gəliblər.

26-cı turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İtaliya, A Seriyası
26-cı tur
23 fevral

Bolonya – Verona 2:0
Qollar: Fabbian, 27. Froyler, 65.

24 fevral

18:00. Sassuolo – Empoli
21:00. Salernitana – Montsa
23:45. Cenoa – Udineze

25 fevral

15:30. Yuventus – Frozinone
18:00. Kalyari – Napoli
21:00. Leççe – İnter
23:45. Milan – Atalanta

26 fevral

21:30. Roma – Torino
23:45. Fiorentina – Latsio

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: