Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Sassuolo” – “Empoli” matçında qonaqlar qələbə qazanıblar. “Salernitana”nın qonağı olan “Montsa” da səfərdə inamlı qələbəyə sevinib. “Cenoa” isə doğma meydanda “Udineze”yə 2 cavabsız qolla qalib gəlib.
26-cı turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.