La Liqa: “Barselona” 4 qola sevindi, “Atletiko” xal itirdi – Video

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.

Son çempion “Barselona” doğma meydanda “Xetafe”ni 4 cavabsız qolla məğlub edib.

“Alaves” – “Malyorka” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Dörd qolun qeydə alındığı “Almeriya” – “Atletiko” matçında da qalib müəyyənləşməyib.

Qeyd edək ki, 26-cı turun “Qranada” – “Valensiya” oyunu təxirə salınıb.

İspaniya, La Liqa
26-cı tur
23 fevral

Real Sosyedad – Vilyarreal 1:3
Qollar: Merino, 86 – Komesans, 17; 47. Sörlot, 90+5.

24 fevral

Barselona – Xetafe 4:0
Qollar: Rafinya, 20. J.Feliks, 53. De Yonq, 61. F.Lopes, 90+1.

Alaves – Malyorka 1:1
Qollar: Benavies, 76 – Nastasiç, 88.

Almeriya – Atletiko 2:2
Qollar: L.Romero, 27; 64 – Korrea, 2. De Paul, 57.

25 fevral

17:00. Kadis – Selta
19:15. Betis – Atletik
21:30. Las Palmas – Osasuna
00:00. Real – Sevilya

26 fevral

00:00. Jirona – Rayo Valyekano

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: