Frenki de Yonq “Barselona” tarixinin 11000-ci qolunu vurdu

La Liqanın 26-cı turunda “Xetafe”yə qarşı keçirilmiş oyun (4:0) “Barselona”nın holland yarımmüdafiəçisi Frenki de Yonq üçün əlamətdar olub.

Arena.az “Barselona”nın rəsmi saytına istinadən məlumat verir ki, De Yonq bu oyunda “blauqrana”nın qollarında birinə imza atıb və qol “Barselona” tarixinin 11000-ci qolu olub.

Xatırladaq ki, “Barselona” bu günə qədərki tarixi ərzində 26 yarışda iştirak edib.

İspaniyada keçirilmiş ilk futbol turniri olan “Macaya Kuboku”nda “Barselona”nın tarixində ilk rəsmi qol qeydə alınıb. Bu əlamətdar hadisənin müəllifi Jorje Jervan, indi mövcud olmayan “Espanya” İdman Klubunun qapısına qol vurub.

8 il əvvəl isə “blauqrana”nın əfsanəsi, argentinalı hücumçu Lionel Messi “Barselona”nın 10000-ci qoluna imza atmışdı.

Vurğulayaq ki, “Barselona” La Liqada 6458 qol, Kral Kubokunda 1513 qol, Kataloniya Kubokunda 1240 qol və Avropa Kuboku/Çempionlar Liqasında 680 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: