“Sumqayıt” – “Kəpəz” matçının başlama saatı dəyişdirildi

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 25-ci turun “Sumqayıt” – “Kəpəz” oyununun başlama saatı dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşdığına görə 25-ci turun “Sumqayıt” – “Kəpəz” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: