Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi Türkiyənin “Tuzlaspor” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 24-cü turu çərçivəsində “Şanlıurfaspor”la qarşılaşıb.
Səfərdə baş tutan qarşılaşmada futbolçumuzun komandası 1 xalla kifayətlənib – 0:0.
Həsənalızadə bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Tuzlaspor” hazırda 23 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 13 oyuna çıxıb və 1 qol vurub.


