Zaur Hacı-Məhərrəmov “Şturm Qrats” – “Lill” matçına təyinat aldı

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan Avropa Konfrans Liqasına yeni təyinat alıb.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, “Şturm Qrats” (Avstriya) və “Lill” (Fransa) komandaları arasında keçiriləcək oyunda iş başında olacaq.

Belə ki, Zaur Hacı-Məhərrəmov Avropa Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq bu oyunda UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qarşılaşma martın 7-də Avstriyanın Qrats şəhərində yerləşən “Stadium Graz Liebenau” stadionunda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: