Federasiya Kubokunda 1/4 final cütləri müəyyənləşdi

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, dünən yekunlaşan 1/8 final oyunlarından sonra bu mərhələdə aşağıdakı komandalar üz-üzə gələcək.

“Mançester Siti” – “Nyukasl”
“Mançester Yunayted” – “Liverpul”
“Vulverhempton” – “Koventri Siti”
“Çelsi” – “Lester Siti”

Növbəti mərhələnin qarşılaşmaları martın 16-da keçiriləcək. Bu mərhələ də 1 oyundan ibarət olacaq. Sadəcə, ilk oyunda heç-heçə qeydə alınsa, təkrar oyuna ehtiyac duyulacaq.

Xatırladaq ki, İngiltərə Federasiya Kubokunda final qarşılaşması mayın 25-nə təyin edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: