Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” Peşəkar Futbol Klubu üçün alınan avtobus Gəncə təmsilçisinə təhvil verilib.
Arena.az xəbər verir ki, avtobus bundan sonra əsas komandanın istifadəsində olacaq.
Nəqliyyat vasitəsi Cənubi Koreyanın dünyaca tanınmış “Daewoo” şirkətinin istehsalıdır. Avtobus klubun rənglərinə uyğun formada bəzədilib, üzərində Kəpəz dağı əks olunub.
Avtobus “Kəpəz 100k” layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb. Nəqliyyat vasitəsi ilə bağlı maliyyə hesabatı yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.


