Gənc güləşçilərimiz üçün Astana sınağı

Martın 11-dən 13-dək Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri keçiriləcək.

Arena.az xəbər verir ki, yarışda ölkəmizi böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında 17 güləşçi təmsil edəcək.

Gənc güləşçilərdən ibarət komandamız Qazaxıstana bu heyətlə yollanacaq:

Hüseyn Savadov (55 kq)
Tural Əhmədov, Rəhman Kərimov (hər ikisi 60 kq)
Məhəmməd Şükürzadə, Fərid Baxışlı (hər ikisi 63 kq)
Fərid Xəlilov, Təvəkgül Həziyev, Fəraim Mustafayev (hamısı 67 kq)
Ruslan Nurullayev, Faiq Səfərli, Kamran Rəcəbli (hamısı 72 kq)
Davud Məmmədov, Kənan Abdullazadə (hər ikisi 77 kq)
İsmayıl Rzayev (82 kq)
Əli Quliyev, Cocu Səmədov (hər ikisi 87 kq)
Məzaim Mərdanov (130 kq).

Ənənəvi turnirdə beynəlxalq dərəcəli hakimlər Xəyal Əliyev və Kənan Hacıəliyev ədaləti qoruyacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: