Azərbaycan Premyer Liqasının 26-cı turunun “Kəpəz”lə oyunundan əvvəl “Neftçi”nin zədəli futbolçularının son durumu açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, fərdi hazırlıq keçən yarımmüdafiəçi Azər Əliyevin növbəti həftədən komanda ilə məşqləri bərpa edəcəyi planlaşdırılır.
Qapıçı Emil Balayev, həmçinin Fələstin millisində zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə prosesini davam etdirirlər.
Xatırladaq ki, martın 9-da keçiriləcək “Kəpəz” – “Neftçi” matçına saat 15:00-da start veriləcək.


