“Real” və “Mançester Yunayted”də çıxışları məşhur, Niderland yığmasının sabiq hücumçusu Rud van Nistelroy gündəmə gəlib.
Arena.az məlumat verir ki, PSV-nin sabiq baş məşqçisi “Betis”in düşərgəsində peyda olub.
Holland mütəxəssis mətbuatın marağına qarşılıq verərək, Sevilya təmsilçisinin düşərgəsinə hansı məqsədlə gəldiyini açıqlayıb:
“Mən xüsusi olaraq təcrübə mübadiləsi, məşqçi və onun texniki heyəti ilə ünsiyyət üçün gəlmişəm. Mən bütün şöbələrdə “Betis” ilə daha yaxından tanış olmaq istəyirəm. Keçən il PSV-də yaşadıqlarımı Pelleqrini kimi böyük təcrübəyə malik bir məşqçi ilə bölüşmək üçün çox yaxşı məqamdır. “Betis” çox böyük klubdur, çox yaxşı gənclər akademiyası var, mən həmçinin ora da səfər edəcəyəm.
Mən İspaniyada ola biləcək növbəti işim üçün bu təcrübədən əxz istərdim. Bildiyiniz kimi”, deyə Rud van Nistelroy açıqlayıb.


