Karlo Ançelotti Vaskes, Lunin və Gülərlə bağlı mövqeyini açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid komandasının futbolçusu Lukas Vaskesin başa çatacaq müqaviləsi haqda danışıb.

Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdiim edir:

“Biz hələ klub rəhbərliyi ilə onun müqaviləsini müzakirə etməmişik. İyun ayında bir neçə futbolçunun müqaviləsi başa çatacaq. Bir məqamı deyə bilərəm: Lukas əla mövsüm keçirir”.

Həmçinin Ançelotti hesab edir ki, “qaymaqlılar”ın ukraynalı qapıçısı Andrey Lunin klubda yeni müqaviləyə layiqdir. Çünki ukraynalı qapıçının gələcəkdə Tibo Kurtua ilə rəqabət aparmaq üçün gerçək imkanı olacaq.

İndi Andrey Lunin, Tibo Kurtuanın onu əsas heyətdəki yerindən məhrum edə biləcək mümkün qayıdışını nəzərə alaraq “qaymaqlılar”ın heyətində oynamağa davam edib-etməyəcəyi ilə maraqlanır.

Amma “Real”ın baş məşqçisi Karlo Ançelotti artıq ukraynalı qapıçı ilə danışıq aparıb və Lunini əmin edib ki, yaxın illərdə Andrey komandada bir nömrə olmaq üçün gerçək fürsət əldə edəcək.
Vurğulanır ki, italiyan mütəxəssis ukraynalı qapıçı ilə müqavilənin müddətinin uzadılmasında israrlıdır.

Həmçinin Ançelotti hesab edir ki, klubun türk yarımmüdafiəçisi Arda Gülər üçün ən yaxşı karyera inkişafı seçimi gələn mövsüm üçün icarəyə getmək olardı. PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappenin böyük ehtimalla Madridə gəlişi və gənc braziliyalı Endrikin “Palmeyras”dan transferi, italyan mütəxəssisin bu fikrinə açıq-aydın şəkildə təsir edir.

Xatırladaq ki, Gülər uzun müdədt zədədən əziyyət çəkdiyi üçün “Real”da debütü xeyli gecikmişdi. Hazırda gənc türk istedad oyun təcrübəsinin azlığı ilə üzləşib.

Xəbəri sosial şəbəkələrdə paylaş: