Premyer Liqa: “Kəpəz”lə “Neftçi”dən Tovuzda 6 qolluq heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

Günün ilk oyunu “Kəpəz”lə “Neftçi” arasında baş tutub. Əzəli rəqiblər məlum səbəblərdən Tovuzda üz-üzə gəliblər. Bu komandalar daha öncə 57 oyunda üz-üzə gəlmişdilər. Gəncə təmsilçisi əvvəlki matçlarda 19, paytaxt klubu 28 qələbə qazanmışdı, 10 oyunda qalib müəyyənləşməmişdi.

Autsayderlər qrupunda qərarlaşmasına baxmayaraq, “Kəpəz” ardıcıl iki tur idi qələbə qazanırdı. Sözügedən komanda “Qəbələ” (2:1) və “Sumqayıt”a (3:1) qalib gəlmişdi. Adil Şükürovun kollektivi bu uğurun davamını gətirməyi bacarsa, “Araz-Naxçıvan”la aradakı xal fərqini daha da azaldacaqdı. Ötən tur “Qarabağ”a uduzmuş “Neftçi” isə Tovuzda bu uğursuzluğunu unutdurmaq və ön pillələrə qalxmaq arzusundaydı.

Amma 6 qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Kəpəz” 3 dəfə önə keçməsinə baxmayaraq, hər üç halda “Neftçi” məğlubiyyətdən xilas olmağı bacarıb.

Xatırladaq ki, daha öncə “Səbail” evdə “Sumqayıt”a uduzmuşdu – 0:1. Bu gün “Sabah”la “Qəbələ” də üz-üzə gələcək. Bu oyuna saat 17:30-da start veriləcək. “Turan Tovuz” – “Araz-Naxçıvan” və “Qarabağ” – “Zirə” matçları isə sabah keçiriləcək.

Premyer Liqa
26-cı tur
9 mart

“Kəpəz” – “Neftçi” 3:3
Qollar: Martins Junior, 6; 62. Elçin Əlicanov, 47 – Filip Ozobiç, 32; 57; 77-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 15:00.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fall, 25. Georgi Papunaşvili.
Baş məşqçi: Adil Şükürov.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22., Reziuan Mirzov, 6. Dieqo Valdes, 9. Andre Şinyaşiki, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: