A Seriyası: “Yuve” və “Roma” xal itirdilər, “Milan” sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Leççe” doğma meydanda “Verona”ya minimal hesabla məğlub olub.

“Milan” isə doğma meydanda oxşar hesabla “Empoli”yə qalib gəlib.

Dörd qolun qeydə alındığı “Yuventus” – “Atalanta” matçında qalib müəyyənləşməyib.

“Fiorentina” – “Roma” matçında da tərəflər 2 qol vurub, 1 xal əldə ediblər.

28-ci tura sabah keçiriləcək “Latsio” – “Udineze” matçı ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
28-ci tur
8 mart

Napoli – Torino 1:1
Qollar: Kvaratsxeliya, 61 – Sanabriya, 64.

9 mart

Kalyari – Salernitana 4:2
Qollar: Lapadula, 12. Qaetano, 40. Şomurodov, 51; 76 – Kastanos, 56. Macciore, 58.

Sassuolo – Frozinone 1:0
Qol: Torstvedt, 58.

Bolonya – İnter 0:1
Qol: Bissek, 37.

Cenoa – Montsa 2:3
Qollar: Qudmundsson, 52. Vitinya, 68 – Pessina, 8. Dani Mota, 18. Maldini, 80.

10 mart

Leççe – Verona 0:1
Qol: Folorunşo, 17.

Milan – Empoli 1:0
Qol: Pulişiç, 30.

Yuventus – Atalanta
Qollar: Kambyaso, 66. Milik, 70 – Kopmeyners, 35; 75.

Fiorentina – Roma 2:2
Qollar: Ranyeri, 18. Mandraqora, 69 – Auar, 58. Lyorente, 90+5.

11 mart

23:45. Latsio – Udineze

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: