Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı “Zirə” ilə “Kəpəz” arasında baş tutacaq. 36 xalla 6-cı pillədə qərarlaşmış “Zirə” qalib gəlməklə yenidən liderlər qrupundakı yerini qaytarmağa çalışacaq. “Kəpəz” isə 27 xalla 9-cudur. Ötən tur “Neftçi” ilə məhsuldar heç-heçə etmiş Gəncə təmsilçisi məğlubiyyətsiz seriyasını davam etdirməyə çalışacaq.
Bu komandalar bu günə qədər 18 oyunda üz-üzə gəliblər. Əvvəlki oyunlarda zirəlilərin 7, gəncəlilərin 3 qələbəsinin olduğunu görürük. 8 qarşılaşma da heç-heçə bitib. “Zirə” son 10 oyunda bu rəqibinə uduzmayıb. Bakı klubu bütün ev matçlarında qol vurub.
Günün digər oyunu autsayderlər qrupunda qərarlaşmış komandalar – “Araz-Naxçıvan”la “Qəbələ” arasında baş tutacaq. Dörd oyundur qələbəyə həsrət olan, son üç matçından xalsız ayrılmış Naxçıvan təmsilçisi uğursuz gedişata məhz “Qəbələ” ilə oyunda son qoymağa çalışacaq. Bu komanda hazırda 31 xalla 8-ci pillədə qərarlaşıb.
Son beş matçında ardıcıl məğlubiyyətlərə üzülən “Qəbələ” isə 15 xalla sonuncudur. Kaxaber Sxadadzenin gəlişindən sonra da uğursuzluq zolağından çıxa bilməyən əyalət təmsilçisinin bu gün nəyə nail olacağı maraqla gözlənilir.
Qeyd edək ki, “Araz-Naxçıvan” “Qəbələ” üçün uğursuz rəqiblərdən birinə çevrilib. Sözügedən komandalar indiyə qədər 2 qarşılaşmada üz-üzə gəliblər ki, həmin oyunlar da cari mövsümə təsadüf edib. Hər iki oyunda Naxçıvan təmsilçisi qalib gəlib. “Qəbələ” səfərdə bu rəqibinə qol vurmayıb.
Premyer Liqa
27-ci tur
15 mart
“Neftçi” – “Səbail” 3:0
Qollar: Nir Bardea, 24-öz qapısına. Azər Salahlı, 27. Yeqor Boqomolski, 85.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 19:00.
16 mart
“Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.
“Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mərdəkan. “Dalğa Arena”, 18:30.
17 mart
“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 16:00.
“Sumqayıt” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.


