Futzal üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarının təqvimi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, mərhələnin bütün görüşləri martın 28-də Bakı İdman Sarayında keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final
28 mart
Neftçi İK – Yasamal Bakı
Bakı İdman Sarayı. Saat 15:30.
Baku Fire – U-19
Bakı İdman Sarayı. Saat 17:30.
Araz-Naxçıvan – Baku Fire-2
Bakı İdman Sarayı. Saat 19:30.
PFL – Bakı
Bakı İdman Sarayı. Saat 21:30.


