Ersen Martin vəfat etdi – 44 yaşında

Türkiyə millisinin, eləcə də bir sıra türk komandalarının sabiq hücumçusu Ersen Martin 44 yaşında dünyasını dəyişib.

Arena.az məlumat verir ki, bu barədə ilk olaraq “Trabzonspor”un mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Ersen Martinin dünən, martın 19-da dünyasını dəyişdiyi bildirilir.

Martinin aorta arteriyası yırtıldıqdan sonra iflic qaldığı bildirilir. Daha sonra Türkiyə millisinin sabiq futbolçusu uzunmüddətli müalicə prosesi keçib.

Xatırladaq ki, Martin Türkiyə millisinin tərkibində 2004-cü ilin avqustunda debüt edib. Ersen Türkiyə millisində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Hücumçu, karyerası ərzində “Dənizlispor”, “Trabzonspor”, “Kasımpaşa” və digər klublarda çıxış edib.

Ersen Martin futbolçu karyerasına 2013-cü ildə xitam vermişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: