“Napoli”nin nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen İtaliya A Seriyasında ən çox əməkhaqqı alan futbolçudur.
Arena.az bu barədə Fransanın nüfuzlu “Ekip” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Osimhenin maaşı vergilərdən əvvəl ayda 1,5 milyon avro məbləğindədir.
İtaliya A Seriyasında ən çox maaş alan 2-ci futbolçu “Yuventus”un serb mərkəz hücumçusu Duşan Vlahoviçdir. Vlahoviçin əmək haqqı ayda 1,07 milyon avro məbləğindədir.
Ən çox maaş alan futbolçuların üçlüyünü isə “Yuventus”un polyak qapıçı Voyçex Şesnı qapayır. Şensının aylıq məvacibi 1 milyon avro məbləğindədir.


