“Transfermarkt” internet-portalı aralıq yenilənmənin nəticələri üzrə dünyanın ən bahalı yarımmüdafiəçilərinin onluğunu təqdim edib.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Real”ın və İngiltərə yığmasının mərkəz yarımmüdafiəçisi Cud Bellingem qərarlaşıb.
Bellingemin transfer dəyəri 180 milyon avro məbləğində qiymətləndirilir ki, bu da ingilis futbolçunun dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.
Hazırda dünyanın ən bahalı 10 yarımmüdafiəçisinin siyahısını təqdim edirik:
- Cud Bellingem (“Real”, 180 milyon avro);
- Florian Virts (“Bayer”, 110 milyon avro);
- Camal Musiala (“Bayern”, 110 milyon avro);
- Deklan Rays (“Arsenal”, 110 milyon avro);
- Rodri (“Mançester Siti”, 110 milyon avro);
- Federiko Valverde (“Real”, 100 milyon avro);
- Martin Edeqor (“Arsenal”, 95 milyon avro);
- Qavi (“Barselona”, 90 milyon avro);
- Eduardo Kamavinqa (“Real”, 90 milyon avro);
- Orelyen Tçuameni (“Real”, 90 milyon avro).


