Roberto De Zerbi “Brayton”la yeni müqavilə haqda düşünmür

“Brayton”un baş məşqçisi Roberto De Zerbi İngiltərə klubu ilə mümkün yeni müqavilə imzalayacağı haqda sualı cavablayıb.

Arena.az məlumat verir ki, daha əvvəl mətbuatda, italyan mütəxəssislə “Liverpul” və “Bayern”in maraqlandığı barədə xəbərlər yayılıb.

“Brayton”la yeni müqavilə imzalanmasımı? Hazırda yox. Gələcəyimə qərar vermək üçün rəhbərliklə klubun planları barədə danışmalıyam, bu layihənin nə olduğunu bilmək istəyirəm. Mən iddialarımı qorumaq istəyirəm.

Klubla, azarkeşlərlə, “Brayton”dakı oyunçularla münasibətim gələcəyimdən asılı olaraq dəyişə bilməz. Bizim etdiyimiz tarixdir və bunu heç kim unuda bilməz”, – Roberto De Zerbi bildirib.

Xatırladaq ki, 44 yaşlı italyan mütəxəssis “Brayton”u 2022-ci ilin sentyabrından çalışdırır. De Zerbinin “qağayılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Zerbinin “qağayılar”ı İngiltərə Premyer Liqasında keçirdikləri 28 oyundan 42 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: