Futbol üzrə Azərbaycan Premyer Liqasının 30-cu turunun bu gün baş tutan “Səbail” – “Kəpəz” matçı bərabərliklə (3:3) başa çatdı.
Arena.az Bayılda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
30-cu tur
14 aprel
“Səbail” – “Kəpəz” 3:3
Qollar: Pedro Nuno, 49. Aleksandr Ramalinqom, 53. Rüfət Abdullazadə, 73 – Elmir Tağıyev, 25. Latir Fall, 29. Mate Kvirkviya, 90+5.
Sarı vərəqələr: Adil Nağıyev, 70 (qeyri-idman hərəkəti). Adi Mehremiç, 90+3 (oyunun bərpasının ləngidilməsi) – Elmir Tağıyev, 45 (qeyri-idman hərəkəti). Şakir Seyidov, 65 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Adi Mehremiç, 90+3 (hakimi təhqir etdiyinə görə).
Artırılan vaxt: Birinci hissədə 5 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 16:30. “Bayıl Arena”, 900 tamaşaçı.
Baş hakim: Cavid Cəlilov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Zöhrab Abbasov.
Dördüncü hakim: Rövşən Rəcəbov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev (6. Cabir Əmirli, 89), 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda (44. Yadin Luqasi, 75), 77. Ayub Masika (11. Rüfət Abdullazadə, 46), 9. Aleksandr Ramalinqom (4. Adi Mehremiç, 75), 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta (14. Suleyman Alluş, 46).
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev.
Baş məşqçi: Şahin Diniyev.
Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov (15. Cavad Kərimov, 35), 10. Tural Rzayev (33. Camal Cəfərov, 74), 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fall (99. Əli Səmədov, 74), 25. Georgi Papunaşvili (8. Elmir Tağıyev, 21), 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 26. Adama Niane.
Baş məşqçi: Adil Şükürov.


