Premyer Liqa: “Neftçi” “Kəpəz”i hesabı açmasına peşman etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Neftçi” “Kəpəz”i qəbul edib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan paytaxt təmsilçisi bu oyundan öncə 50 xalla 5-ci sırada qərarlaşmışdı. Gəncəlilər isə 35 xalla 8-ci sıradaydılar.

“Neftçi” və “Kəpəz” daha öncə çempionat çərçivəsində 58 oyunda üz-üzə gəlmşdilər. Bu görüşlərdə bakılılar 28, gəncəlilər 19 qələbə sevinci yaşamışdılar, 11 qarşılaşma bərabərliklə yekunlaşmışdı. “Neftçi” evdəki son üç oyunda 2 və ya daha çox qol vurmuşdu. “Kəpəz” son 7 səfərdə qalib gəlməmişdi.

Elə bu dəfə də seriya davam edib. Düzdür, qarşılaşmada hesabı qonaqlar açıblar. Amma qalan dəqiqələrdə 5 qol vuran “Neftçi” yekunda darmadağına sevinib.

Premyer Liqa
34-cü tur
10 may

“Neftçi” – “Kəpəz” 5:1
Qollar: Andre Şinyaşiki, 44; 47; 76. Brayan Moreno, 45+2. Ağadadaş Salyanski, 86 – Latir Fall, 36.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
Bakı. “Neftçi Arena”, 19:00.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 23. Ataa Caber, 77. Yeqor Boqomolski.
Məşqçi: Saşa Petroviç.

Kəpəz: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 33. Camal Cəfərov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fall, 78. Yeqor Xvalko (k).
Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Adil Şükürov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: