Azərbaycan Premyer Liqasının 35-ci turunun “Sabah” – “Sumqayıt” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
35-ci tur
18 may
“Sabah” – “Sumqayıt” 2:0
Qollar: Murad Xaçayev, 35-öz qapısına. Anatoli Nuriyev, 90+1.
Sarı vərəqələr: Maruan Hadudi, 90+1 (oyunun bərpasının ləngidilməsi) – Erik Sorqa, 58 (qeyri-idman hərəkəti). Elvin Bədəlov, 74 (hakimin qərarına etiraz).
Rəsmi şəxslərə göstərilən sarı vərəqə: Krunoslav Renduliç, 90+1 (qeyri-idman hərəkəti) – Samir Abasov, 13 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 9 dəqiqə.
Saat 17:00. “Masazır Arena”, 2300 tamaşaçı.
Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Fərid Hacıyev.
VAR: Natan Verbumen.
AVAR: Əliyar Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov (9. Anatoli Nuriyev, 66), 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov (88. Xəyal Əliyev, 66), 8. Ayaz Quliyev (5. Rəhman Daşdəmirov, 89), 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 70. Jesse Sekidika (15. Kristian da Silva, 79), 19. Emmanuel Apeh (90. Oluvaseun Timilehin, 89), 3. Con İrasabal.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli.
Baş məşqçi: Krunoslav Renduliç.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov (60. Tresor Mossi, 14), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa (9. Erik Sorqa, 55), 58. Oktavio Manteka (10. Kamran Əliyev, 55), 12. Abu Dosso (20. Ayxan Süleymanlı, 78), 4. İsa Suliman, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə.
Baş məşqçi: Samir Abasov.


