A Seriyası: “Atalanta” qalib gəldi, “Milan” uduzdu – Video

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 37-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Leççe” ilə qarşılaşan “Atalanta” rəqibinə 2 cavabsız qolla qalib gəlib.

“Torino”nun qonağı olan “Milan” isə bu turu məğlubiyyətlə başa vurub.

37-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İtaliya, A Seriyası
37-ci tur
17 may

Fiorentina – Napoli 2:2
Qollar: Biraqi, 40. Nzola, 42 – Rahmani, 8. Kvaratsxeliya, 57.

18 may

Leççe – Atalanta 0:2
Qollar: De Ketelare, 48. Skamakka, 53.

Torino – Milan 3:1
Qollar: Sapata, 26. İliç, 40. R.Rodriqes, 46 – Bennaser, 55-pen.

19 may

14:30. Sassuolo – Kalyari
17:00. Montsa – Frozinone
17:00. Udineze – Empoli
20:00. İnter – Latsio
22:45. Roma – Cenoa

20 may

20:30. Salernitana – Verona
22:45. Bolonya – Yuventus

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: