2023/2024-cü illər mövsümü Avropa Liqasının finalında “Atalanta”ya qarşı oyun Leverkuzen “Bayer”inin tarixinə acı xatirə kimi köçüb.
Arena.az məlumat verir ki, “Atalanta” “əczaçılar”ı 3:0 hesabı ilə məğlub etməklə həm tarixində ilk Avropa qənimətini qazanıb və həm də “Bayer”in 51 oyundan ibarət mütləq Avropa rekordu olan məğlubiyyətsizlik silsiləsini qırıb.
Beləliklə, “Bayer” mövümdə ilk məğlubiyəytini alıb.
Xatırladaq ki, “Bayer” bu oyuna Almaniya çempionu olaraq çıxmışdı.


