A Seriyası: “Bolonya” mövsümü məğlubiyyətlə başa vurdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün sonuncu – 38-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Möhtəşəm mövsüm keçirən “Bolonya” sonuncu matçında “Cenoa”nın qonağı olub. Amma bu görüş meydan sahibi genuyalıların qələbəsiylə yekunlaşıb.

Beləcə, 68 xal toplamış “Bolonya” mövsümü 4-cü pillədə başa vurub. “Cenoa” isə 49 xalla 11-ci olub.

Qeyd edək ki, mövsümün son turunun qalan görüşləri mayın 25-də və 26-da keçiriləcək.

İtaliya, A Seriyası
38-ci tur
23 may

Kalyari – Fiorentina 2:3
Qollar: Deyola, 64. Mutandva, 85 – Bonaventura, 39. N.Qonsales, 89. Artur Melo, 90+12-pen.

24 may

Cenoa – Bolonya 2:0
Qollar: Malinovski, 13. Vitinya, 59.

25 may

20:00. Yuventus – Montsa
22:45. Milan – Salernitana

26 may

20:00. Atalanta – Torino
20:00. Napoli – Leççe
22:45. Empoli – Roma
22:45. Frozinone – Udineze
22:45. Latsio – Sassuolo
22:45. Verona – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: