Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün sonuncu – 38-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Milan” – “Salernitana” matçında qalib müəyyənləşməyib. “Yuventus” isə doğma meydanda “Montsa”nı 2 cavabsız qolla üstələyib.
Beləliklə, 75 xal toplamış “Milan” mövsümü 2-ci pillədə, gümüş medallarla başa vurub. 71 xal toplamış “Yuventus” isə 3-cü sıradadır. Lakin hazırda 66 xalla 5-ci sırada olan “Atalanta”nın iki oyunu qaldığı üçün, bu komanda Turin təmsilçisini qabaqlaya bilər.
“Montsa” mövsümü 45 xalla 12-ci sırada biririb. “Salernitana” isə 17 xalla sonuncu olub və A Seriyasını tərk edib.
Qeyd edək ki, mövsümün son turunun qalan görüşləri mayın 26-da keçiriləcək.
İtaliya, A Seriyası
38-ci tur
23 may
Kalyari – Fiorentina 2:3
Qollar: Deyola, 64. Mutandva, 85 – Bonaventura, 39. N.Qonsales, 89. Artur Melo, 90+12-pen.
24 may
Cenoa – Bolonya 2:0
Qollar: Malinovski, 13. Vitinya, 59.
25 may
Yuventus – Montsa 2:0
Qollar: Kyeza, 26. Aleks Sandro, 28.
Milan – Salernitana 3:3
Qollar: Leao, 22. Jiru, 27. Kalabriya, 77 – Simi, 64; 89. Sambiya, 87.
26 may
20:00. Atalanta – Torino
20:00. Napoli – Leççe
22:45. Empoli – Roma
22:45. Frozinone – Udineze
22:45. Latsio – Sassuolo
22:45. Verona – İnter


