Luis de la Fuente: “Bütün oyunçuların AÇ-də olmaq imkanı eynidir”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente İspaniya yığmasında AÇ-2024-ə topladığı heyətə dair mülahizələrini açıqlayıb.

Arena.az İspaniya yığmasının mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bütün oyunçuların Avropa çempionatına olmaq imkanı eynidir. Bu, aydın olmalıdır. Ərizə ilkindir, mümkün riskləri azaltmaq üçün 29 oyunçunun siyahısı gərəkdir.

Zaman əlaqəni gücləndirir və mən hiss edirəm ki, komandamız həqiqətən bir ailədir. Biz ona tapşırılmış vəzifələri həll etməyə qadir olan çox vahid dəstə yaratmışıq”, deyə Luis de la Fuente bildirib.

Xatırladaq ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.

İspaniya yığması “B” qrupunda İtaliya, Xorvatiya və Albaniya yığmaları ilə mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: