Alfonso Dominqes Olimpiya Təsnifat Turnirində qələbə ilə başladı

Tailandda davam edən boks üzrə II Dünya Olimpiya Təsnifat Turnirində Azərbaycan millisinin boksçusu Alfonso Dominqes ilk görüşünə çıxıb.

Arena.az xəbər verir ki, Tailandın paytaxtı Banqkokda təşkil olunmuş yarışın dördüncü günündə 92 kq-da mübarizə aparan dünya çempionumuz 1/32 finalda qanalı Conatan Tette ilə qarşılaşıb.

Görüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

Alfonso Dominqes növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: