Göyərtəsində “Kadis”in futbolçuları olan təyyarə məcburi eniş etdi

Göyərtəsində “Kadis”in futbolçularının yer aldığı təyyarə mühərrikindəki nasazlıqlar səbəbindən Sevilyada məcburi eniş edib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Boeing-767” təyyarəsinin mühərriklərindən birində yaranmış fəsad təyyarənin kapitanını Sevilya şəhərində təcili eniş etməyə məcbur edib. Bu, uçuşdan 10 dəqiqə sonra baş verib.

“Kadis”in futbolçuları və məşqçilər heyəti yoldaşlıq oyunu üçün El Salvadora uçurdu. İtkilərin olmadığı, amma futbolçuların sarsıntı yaşadığı vurğulanır.

Komandanın ispan futbolçusu, hücumameyilli yarımmüdafiəçi Aleks Fernandes baş vermiş hadisəyə dair “öləcəyimizi düşünürdük” ifadəsi ilə təsvir verib.

Xatırladaq ki, “Kadis” 2023/2024-cü illər mövsümü İspaniya La Liqasını 33 xalla 18-ci yerdə başa vuraraq, Sequndaya yuvarlanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: