Nüfuzlu “Forbes” jurnalı ənənəvi olaraq, dünyanın ən bahalı 30 futbol klubundan ibarət siyahısını dərc edib.
Arena.az məlumat verir ki, futbol klublarının dəyəri və müvafiq siyahı nəşrin öz xüsusi hesablama üsulu əsasında qiymətləndirilərək tərtib edilib.
Avropa komandaları üçün göstərilmiş gəlir və əməliyyat gəlirləri üzrə rəqəmlər 2022/2023-cü illər mövsümü üçün keçərlidir.
Dünyanın ən bahalı 30 futbol komandasının orta dəyəri 2,3 milyard dollar məbləğindədir ki, bu da bir il əvvəllə müqayisədə 5,1% çoxdur. Ən yaxşı 30 komanda orta hesabla 397 milyon dollar məbləğində və ya keçən illə müqayisədə 3% çox gəlir əldə edib. Amma əməliyyat gəliri keçən illə müqayisədə 57% artaraq orta hesabla 36 milyon dollar məbləğ təşkil edib.
Dünyanın ən bahalı klubu İspaniya nəhəngi “Real”dır. Madrid klubunun dəyəri 6,6 milyard dollar məbləğ təşkil edib. “Real”ın gəliri (futbol komandasının yayımlardan, reklamlardan və oyun günü hadisələrindən əldə etdiyi gəlir) 873 milyon dollar, əməliyyat mənfəəti (faizlər, vergilər, təzminat, oyunçu ticarəti) 76 milyon dollar məbləğində olub.
2-ci yerdə İngiltərə nəhəngi “Mançester Yunayted” qərarlaşıb. “Qırmızı şeytanlar”ın dəyəri 6,55 milyard dollar, gəlirləri 785 milyon dollar, xalis mənfəəti 187 milyon dollar məbləğ təşkil edib.
İlk üçlüyü 5,6 milyard dollar dəyərində qiymətləndirilmiş Kataloniya nəhəngi “Barselona” tamamlayıb. “Blauqrana”nın gəliri 840 milyon dollar məbləğində olub. Əməliyyat gəliri isə mənfidir – -145 milyon dollar məbləğində.
İlk onluqda həmçinin “Liverpul”, “Mançester Siti”, “Bayern”, PSJ, “Tottenhem”, “Çelsi” və “Arsenal” yer alıblar. Sadalanmış klublar müvafiq olaraq 4-cü və 10-cu yerlərdə qərarlaşıblar.


