2024/2025 mövsümündə İngiltərə Premyer Liqasında çıxış edəcək “İpsviç Taun”un baş məşqçisi Kiran Makkenna klubla yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 38 yaşlı mütəxəssis daha 4 il “traktorçular”ı çalışdıracaq.
Xatırladaq ki, 2023/2024 mövsümündə “İpsviç Taun” Kiran Makkenanın rəhbərliyi altında Çempionşipi 96 xalla ikinci sırada başa vuraraq 22 il sonra Premyer Liqada iştirak hüququ qazanıb.
Kiran Makkenna 2021-ci ilin dekabr ayından “İpsviç Taun”a rəhbərlik edir. Şimali İrlandiyadan olan mütəxəssis bu komandanı indiyə qədər 131 oyuna çıxarıb. “İpsviç Taun” bu görüşlərdə 76 qələbə qazanıb, 35 heç-heçə edib, 20 məğlubiyyətə üzülüb.



