“Barselona”nın prezidenti Joan Laporta “Neqreyra işi” üzrə ittiham edildiyi cinayət məsuliyyətindən azad edilib.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Joan Laporta, eləcə də 2003-2010-cu illərdə “Barselona”nın idarə heyətinin üzvləri İspaniya Kral Futbol Federasiyası (RFEF) Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Neqreyraya bir neçə il müddətində mütəmadi rüşvət verilməsinə görə ittiham üzərlərindən qaldırılmaqla, cinayət məsuliyyətindən azad ediliblər.
Xatırladaq ki, mayın 24-də məhkəmə bu ittihamı ləğv etmişdi. Amma mayın 31-də Barselona məhkəməsi hakimin cinayət məsuliyyətinə cəlb etmənin tətbiqi ilə bağlı ilkin qərarından verilmiş, Joan Laportanın apellyasiya şikayətini təmin edib. Nəticədə Laporta və digər müttəhimlər cinayət məsuliyyətindən azad ediliblər. Bununla belə, “Barselona”ya qarşı bütün ittihamlar tam olaraq klubun üzərindən götürülməyib.


