Premyer Liqada növbəti mövsüm üçün heyətini formalaşdırmağa çalışan “Kəpəz” sol cinah müdafiəçisi Vüsal Məsimov ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müqaviləsinin müddəti başa çatan müdafiəçi komandanı tərk edib.
Xatırladaq ki, Vüsal Məsimov 2023-cü ilin avqustunda “Turan Tovuz”dan ayrılaraq “Kəpəz”ə keçmişdi. O, vaxtilə Gəncə klubu Birinci Divizionda (hazırkı Birinci Liqa) mübarizə apararkən də “Kəpəz”in formasını geyinib. Geridə qalmış 2023/2024 mövsümündə Məsimov 27 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.
Xatırladaq ki, “Kəpəz” daha öncə “Zirə”yə üz tutan Elçin Əlicanovla da yollarını ayırmışdı.


