Güləş: Millimizin 7 üzvü üçün Varşava sınağı

Azərbaycanın sərbəst güləş üzrə yığmasının üzvləri Polşanın paytaxtı Varşavada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, iyunun 19-dan 23-dək Polşanın paytaxtı Varşavada güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Ənənəvi yarışda ölkəmizi sərbəst güləşçilərdən ibarət milli komandamızın üzvləri təmsil edəcəklər. Məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında Əli Rəhimzadə (65 kq), Zirəddin Bayramov, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov (79 kq), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi 86 kq) və Abubakr Abakarov (92 kq) uğur qazanmağa çalışacaqlar.

Sərbəst güləş üzrə yarış iyunun 22-23-də keçiriləcək. Görüşlər hər gün Bakı vaxtı ilə 13:00-da başlayacaq.

Turnirdə 2-ci dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: