2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı” kapitanı Emin Zamanov ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Şamaxı” növbəti mövsüm üçün heyətini formalaşdırmağa davam edir. Geridə qalan mövsümdə komandanın kapitanı olmuş Emin Zamanovla yeni müqavilə imzalanıb. Yarımmüdafiəçi daha bir il “Şamaxı” forması geyinəcək. Onunla müddəti 2025-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.
Emin Zamanov “Şamaxı”ya 2023-cü ilin yanvar ayında “Səbail”dən keçib. 26 yaşlı futbolçu karyerası ərzində “Neftçi”, “Turan Tovuz” və “Kəpəz”in də formasını geyinib. Yarımmüdafiəçi Azərbaycanın U-17 və U-19 yığmalarında da oynayıb.
“Şamaxı” daha öncə Səbayıl Bağırov və Abdulla Seydəhmədovla da yeni müqavilə bağlamışdı. Bahadur Həziyev isə “Səbail”dən icarədən qayıdıb. Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov və Salman Ələsgərov da komandanı tərk ediblər.


