2023/2024 mövsümündə Avropada ən bahalaşmış futbolçular

“Transfermarkt” internet-portalı 2023/2024-cü illər mövsümünün sonunda transfer dəyərini ən çox artırmış futbolçuların siyahısını açıqlayıb.

Arena.az məlumat verir ki, müvafiq xüsusda ən bahalı oyunçu isə “Barselona”nın 16 yaşlı sağ vingeri Lamin Yamal olub.

2-ci pillədə isə ötən yay “Mançester Siti”dən “Çelsi”nin düşərgəsinə köçmüş ingilis hücumameylli yarımmüdafiəçi Koul Palmer qərarlaşıb.

İlk üçlüyü “Real”ın ingilis ulduzu, mərkəz yarımmüdafiəçisi Cud Bellingem qapayır.

2023/2024-cü illər mövsümün yekunlarına əsasən, Avropada ən bahalaşmış oyunçuların onluğunu təqdim edirik:

  1. Lamin Yamal (“Barselona”, +90 milyon avro) – 90 milyon avro;
  2. Koul Palmer (“Çelsi”, +65 milyon avro) – 80 milyon avro;
  3. Cud Bellingem (“Real”, +60 milyon avro) – 180 milyon avro;
  4. Viktor Dyökereş (“Sportinq” (Lissabon), +52 milyon avro) – 65 milyon avro;
  5. Kobbi Meynu (“Mançester Yunayted”, +49 milyon avro) – 50 milyon avro;
  6. Juan Neveş (“Benfika”, +45 milyon avro) – 55 milyon avro;
  7. Florian Virts (“Bayer”, +45 milyon avro) – 130 milyon avro;
  8. Savio (“Jirona”, +45 milyon avro) – 50 milyon avro;
  9. Coşua Zirkze (“Bolonya”, +41 milyon avro) – 50 milyon avro;
  10. Uorren Zair-Emeri (PSJ, +40 milyon avro) – 60 milyon avro.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: