AÇ-2024: Çeferin beynəlxalq polisin rəhbərliyi ilə görüşdü

UEFA prezidenti Aleksander Çeferin Avropa çempionatı (AÇ-2024) zamanı Almaniyada beynəlxalq polisin rəhbərliyi ilə görüşüb.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

Görüşün təfərrüatı haqda geniş məlumat verilməyib. Tərəflərin AÇ-2024 zamanı asayişin qorunması və hüquq-müfafizə orqanlarının bu xüsusda tədbirləri məsələləri üzrə danışıqlar apadığı bildirilir. Həmçinin görüşdə, hazırda ictimaiyyət üçün təfərrüatı açıqlanmayan, yarışın təşkili və keçirilməsi ilə bağlı təhlükəsizlik tədbirlərinə aid xüsusların olduğu vurğulanır.

Xatırladaq ki, hazırda Almaniyada davam edən Avropa çempionatı iyunun 14-də başlayıb. Bir ay davam edəcək yarış iyulun 14-də başa çatacaq. Avropa çempionatına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: