AÇ-2024: İspaniya millisi İtaliya yığmasına qalib gəldi

Futbol üzrə İspaniya və İtaliya yığmaları Almaniyada keçirilən 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

7-ci oyun gününün sonuncu matçında İspaniya və İtaliya yığmaları üz-üzə gəliblər. Gelzenkirhen şəhərində keçirilən matçda ispanlar qalib gəliblər. İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafyori avtoqol müəllifi olub. İspaniya yığması “erkən final”dakı bu qələbə sayəsində B qrupundakı xallarının 6-ya çatdırıb və 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

Xatırladaq ki, daha öncə Avropa çempionatına ev sahibliyi edən Almaniya yığması da 1/8 finala vəsiqə qazanmışdı.

AÇ-2024
B qrupu
20 iyun

İspaniya – İtaliya 1:0
Qol: Kalafyori, 55-öz qapısına.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Gelzenkirhen, “Feltins Arena”.

Xal: İspaniya – 6. İtaliya – 3. Albaniya – 1. Xorvatiya – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: