U-17 Avropa çempionatına 27 güləşçi ilə

İyunun 24-dən 30-na qədər Serbiyanın Novi Sad şəhərində güləş üzrə növbəti U-17 Avropa çempionatı keçiriləcək.

Arena.az xəbər verir ki, qitə birinciliyində hər 3 güləş növü üzrə Azərbaycan milliləri iştirak edəcək.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışın ilk günlərində böyük məşqçi Taleh İsrafilovla məşqçilər Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi altında yunan-Roma güləşçilərimiz gücünü sınayacaq. Heyətdə bu güləşçilər yer alıblar:

Nicat İsgəndərli (45 kq)
Əmrah Əmrahov (48 kq)
Turan Daşdəmirov (51 kq)
Əli Nəzərov (55 kq)
Ayxan Cavadov (60 kq)
İspəndiyar İmanov (65 kq)
Yusif Əhmədli (71 kq)
Orxan Hacıyev (80 kq)
Səid Paşayev (92 kq)
Mikayıl İsmayılov (110 kq)

Daha sonra qızlar mübarizəyə qoşulacaqlar. Böyük məşqçi Rövşən Umudovla məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında bu güləşçilər qüvvələrini sınayacaqlar:

Nəzrin Əhmədli (40 kq)
İlkanə Bayramova (46 kq)
Esra Məmmədli (49 kq)
Fatimə Bayramova (53 kq)
Fidan Babayeva (57 kq)
Günay Qurbanova (61 kq)
Zəhra Kərimzadə (69 kq)

Yarışa sərbəst güləşçilər yekun vuracaqlar. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçilər Rövşən Hacıyevlə Vahid Məmmədovun rəhbərliyi altında bu güləşçilərimiz mübarizə aparacaqlar:

Fəqan Fətiyev (45 kq)
Hacıhüseyn Əhmədzadə (48 kq)
Muhamməd İsmayılov (51 kq)
Hüseyn Hüseynov (55 kq)
Hüseyn İsmayılov (60 kq)
İsa Yusibov (65 kq)
Qəzənfər Kazımlı (71 kq)
Məhəmməd Abbaszadə (80 kq)
Fərhad Süleymanlı (92 kq)
İsmayıl Kərimov (110 kq)

İlk görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

Avropa çempionatında I-S kateqoriyalı hakim Sədi Quliyev və 1-ci kateqoriyalı referi Zaur Şərifov ədaləti qoruyacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: