Uelsli mütəxəssis Robert Peyc Uels yığmasının baş məqşçisi vəzifəsini tərk edərək, “əjdahalar”ın düşərgəsindən ayrılıb.
Arena.az bu barədə Uels Futbol Assosiasiyasının (FAW) mətbuat xidmətinə istinadən məlumat verir.
Vurğulayaq ki, uelsli mütəxəssisin milli komanda ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədə idi, amma buna rəğmən, tərəflər müqaviləyə erkən surətdə xitam verməyə qərara gəliblər.
Daha əvvəl mətbuatda, Uels Futbol Assosiasiyasının rəhbəri Stiv Uilyamsın dilindən, yığmanın hazırda Almaniyada keçirilən 2024-cü il Avropa çempionatından kənarda qalmasına rəğmən, Robert Peycin yığmanın sükanı arxasında qalıb işinə davam edəcəyi haqda məlumat yayılmışdı.
49 yaşlı mütəxəssis Uels yığmasını 2020-cu ildə qəbul etmiş, “əjdahalar”ı AÇ-2020-nin 1/8 finalına çıxarmağı bacarmışdı. Həmçinin “Rob” Uels yığmasını 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatına daşımışdı.
Robert Peyc məşqçiliyə klub səviyyəsində başlayıb, ilk çalışdırdığı klub isə “Port Veyl” olub. Ardınca “Rob” “Northempton Taun”un sükanı arxasına keçib. Daha sonra uelsli mütəxəssis Uelsin U-21 yığmasına təyinat alıb və məhz gənclərlə çalışqanlığı nəticəsində diqqət çəkidiyinə görə əsas yığmanın sükanı arxasına dəvət alıb.
“Rob” Peyc Britaniya, xüsuilə ingilis futboluna dərindən bələd olması ilə səciyyəvidir. Peyc futbolçu karyerası ərzində İngiltərə Premyer Liqası və İngilis Futbol Liqasında (EFL) 18 illik təcrübəsini həm də heyətində çıxış etdiyi Uels yığmasında məşqçi ikən uğurla tətbiq etməyi bacarıb. Uelsli mütəxəssis “əjdahalar”ı ümumilikdə 45 oyuna çıxarıb, hər biri 15 dəfə olmaqla qələbə, heç-heçə və məğlubiyyət yaşayıb. Peycin rəhbərliyi altında Uels yığması 55 qol vurub, 58 qol buraxıb.
İstefadan sonra, Robert Peycin gəcələk məşğuliyyətinin nə olacağı hələ məlum deyil.


