Avropa çempionatı: Fatimə finalda uduzdu, 3 güləşçimiz 3-cü oldu

Serbiyanın Novi Sad şəhərində 17 yaşadək güləşçilər arasında təşkil olunmuş U-17 Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Sonuncu gün qızlarımız üçün uğurlu alınıb. Belə ki, 4 güləşçimiz fəxri kürsüyə qalxıb.

Nəzrin Əhmədli (40 kq) təsəlliverici görüşdə belaruslu Anastasiya Kavalçuka (tuş), bürünc medal uğrunda qarşılaşmada isə polşalı Zuzanna Ptaka (10:0) qalib gəlib.

Fatimə Bayramova (53 kq) finalda rusiyalı Olesya Malaxovaya (tuş) məğlub olub və gümüş medalı boynundan asıb.

Günay Qurbanova (61 kq) üçüncü yer uğrunda mübarizədə moldovalı Qabriela Rudoyu üstələyib – 6:1.

Zəhra Kərimzadə (69 kq) təsəlliverici görüşdə litvalı Qreta Tverskiteyə (3:1), bürünc medal uğrunda qarşılaşmada isə slovakiyalı Mixaela Seboekovaya (9:2) qalib gəlib.

Beləliklə, qadın güləşçilərimiz U-17 Avropa çempionatını 1 gümüş, 3 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Serbiyadakı Avropa çempionatı iyunun 30-da başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: