Kaltsona: “İngiltərə millisi bu AÇ-də ən yaxşı komandadır”

Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona AÇ-2024-ün 1/8 finalında İngiltərə yığması ilə oyun ərəfəsində gözləntilərini paylaşıb.

Arena.az oyunöncəsi mətbuat konfransında italyan mütəxəssisin bu barədə səsləndirdiyi fikirlərini təqdim edir:

“İngilislər komanda şəklində və ən yaxşı surətdə çıxış etdikdə, məğlubedilməzdirlər. Ona görə də onların bizə qaçırdığı hər imkandan mütləq istifadə etməliyik. Ancaq diqqətli olmalıyıq, çünki İngiltərə yığmasının əla komandası var – cari Avropa çempionatında ən yaxşı.

İngilislər əla fiziki hazırlıq, texnika və yaradıcılıq səviyyəsinə malikdirlər. Bundan əlavə, İngiltərə yığmasının baş məşqçisinin ifaçı seçimi çox nəhəngdir. Rəqibin istənilən zəifliyindən istifadə etmək vacib məqam olacaq”, deyə Kaltsona vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin İngiltərə – Slovakiya oyunu bu gün, iyunun 30-da Gelzenkirxenin “Feltins-Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: